Coordinat Group MMC
Plan və Xəritələr

Plan və xəritə

Image

Plan, xəritə və profil.

Məhəllin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrifsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır.

Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif (üfüqi və şaquli istiqamətdə) 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılan ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar.

Xəritə-Yer səthinin müstəvi üzərində müəyyən riyazi qanunlarla kiçildilmiş şərti-simvolik təsvirinə deyilir. Bu tərif çox sadə olub, ancaq Yer səthini əhatə edən topoqrafik xəritələrə aiddir. Xəritə bütövlükdə götürülmüş Yer kürəsini və ya onun böyük hissələrini əhatə etdiyi üçün Yerin əyriliyini nəzərə almaq lazım gəlir. Ona görə də xəritə təhrifli təsvirdir. Lakin meridian və paralellərlə haşiyələnən standart əraziləri əhatə edən topoqrafik (miqyası 1:200000 və ondan böyük olan) xəritələrdə sahə və məsafələri plan üzərində olduğu kimi (təhrifsiz) ölçmək mümkündür. Məhəlin şaquli kəsiminin kağız üzərində kiçildilmiş qrafikinə profil deyilir.

Relyef təsvirinin müxtəlif üsulları.

Plan və xəritələrdə yer səthinin relyefi müxtəlif üsularla təsvir olunur. bunlardan ən çox horizontallar, ştrxlər və rəngləmə üsullarından istifadə edilir. Göstərilən üsulların hər birinin müsbət və mənfi cəhətləri vardır.

Ştrixlər üsulu. Relyefin bu üsul ilə təsvirində dəqiqlik az olur, lakin onun oxunması və əyaniliyi artır. Relyefi ştrixlər üsulu ilə təsvir etmək üçün müxtəlif qalınlıqda ştrixlər cızılır. Ştrixlərin qalınlığı, istiqamətləri və onların araları relyefin formasından dikliyindən asılıdır. Bu şərtləri ödəmək üçün xüsusi standart ştrixlər şkalası tərtib olunmuşdur. Həmin şkalada yamacın dikliyi artdıqca ştrixlər daha qalın cızılır, araları isə kiçilir və əksinə, düzənlik sahələr üçün ştrixlər nazik, araları isə böyük götürülür. İrimiqyaslı xəritə və planlarda ştrixlər üsulundan istifadə edilmir.

Rəngləmə üsulu. Relyefi rəngləmə üsulu ilə təsvir etmək üçün yüksəkliyi müxtəlif sahələr ayrı-ayrı rənglə rənglənir. Bəzən bu üsul horizontallar üsulu ilə birlikdə işlədilir.

Horizontallar üsulu. Yüksəkliyi eyni olan nöqtələrdə birləşdirən səlis əyri xəttə horizontal deyilir. Horizontalı yer səthi ilə dəniz səviyyəsinə paralel olan müstəvinin kəsişməsi nəticəsində alınmış iz kimi də təsəvvür etmək olar. Belə müstəviyə kəsmə müstəvi deyilir. Əgər kəsmə müstəviləri bir-birindən bərabər məsafələrdə kecəcək, nəticədə bir sıra horizontallar alarıq. Bu horizontalların yüksəklikləri bir-birindən kəsmə mütəvilər arasında qalan şaquli məsafə qədər fərqlənəcək. İki qonşu kəsmə müstəvilər arasında qalan şaquli məsafəyə relyefin h kəsmə yüksəkliyi deyilir.

Relyefin formasında, xəritə və yaxud planın miqyasından asılı olaraq, kəsmə yüksəkliyi müxtəlif ola bilər. Aydındır ki, kəsmə yüksəkliyinin qiyməti nə qədər təsvir olan relyef horizontallarla bir o qədər də dəqiq təsivir ediləcəkdir. lakin dərə-təpəli relyef və xırdamiqyaslı xə

Qapalı dərinliyə (çökəkliyə) çuxur deyilir. Çuxurun dibi, divarları və qıraqları olur.

Bir tərəfə alçalan uzunsov çökəkliyə dərə deyilir. Dərənin dibindəki su axını xəttinə talver deyilir.

Mailliyi cüzi olan hamar relyef formasına düzənlik deyilir. Düzənliyin yüksəkliyi 200 metrdən az olarsa, o ovalıq, 200 metr metrdən olarsa, hündür düzənlik adlanır.

Dağın döşü (yaxud dərənin yamacı və yaxud dənizin sahili) ilə uzanmış düz və ya az meylli nilləvari sahələrə terras pilə) deyilir. Çox dik enişə uçurum deyilir.

Yer səthi relyefinin formaları ayrılıqda deyil, əksəriyyətlə bir-biri ilə əlaqəli olaraq qarışıq yerləşir. Nəticədə yer səthinin relyefi düzən, dağlıq və dərə-təpəli olur. 135-ci şəkildə relyefin əsas formaları horizontallar vasitəsi ilə təsvir edilmişdir. Horizontallar vasitəsi ilə təsvir edilmiş relyefi daha asan dərk etmək üçün berqştrix adlanan çizgidən də istifadə edirlər. Uzunluğu 1-2 mm olan berqştrix horizontala perpendikulyar çəkilir. Berqştrix yamacın istiqamətini təyin edir. Belə ki, qapalı horizontalların xaricində göstərilmiş berqştrixlər təpəni, daxilindəkilər isə çuxuru təsvir edir.

Miqyaslar.

Plan və xəritə ərazinin kiçildilmiş təsviri olduğu üçün yer üzərində ölçdüyümüz xəttin üfüqi proyeksiyasını kağız üzərinə köçürərkən, onu müəyyən qədər kiçiltmək lazım gəlir. Bu kiçilmə dərəcəsinə miqyas deyilir. Başqa sözlə, msiqyas plan üzərindəki xəttin yer üzərindəki uyğun xəttin üfüqi proyeksiyasına olan nisbətdir.

Formaca miqyas dörd cür olur: ədədi, izahlı, xətti və eninə. Ədədi miqyas surəti vahid, məxrəci isə yuvarlaq ədədlər ibarət olan kəsrdir. Belə olduqda məxrəc kiçilmənin dərəcəsini göstərir. Məsələn, 1:5000 miqyası göstərir ki, planda məsafələr 5000 dəfə kiçildilmişdir. Ədədi miqyas adsızdır. Ona görə də onu izahlı şəkildə belə yazılır: «1 santimetrdə 100 m var».

Yer üzərində ölçdüyümüz məsafəni (L) plana köçürərkən onu ədədi miqyasın məxrəcinə bölmək, əksinə, plan üzərində xəttin həqiqi uzunluğunu tapmaq üçün isə ədədi miqyasın məxrəcinə vurmaq lazımdır.

Xətti miqyas- ədədi miqyasın qrafiki ifadəsidir. Xətti miqyas qurmaq üçün 2 mm, uzunluğu 10-12 sm olan iki paralel xətti çəkilir və o 1 və ya 2 sm-lik bərabər hissələrə bölünür. Bu bölgülər miqyasın «əsası» adlanır. Soldan birinci əsas on bərabər hissəyə bölünür və onun sağında 0 yazılır.

20-ci şəkildə ədədi (1:5000), izahı və ona uyğun olan xətti miqyas göstərilir. Şəkildə göründüyü kimi, sıfırdan sağa bölgülərin üstündə xətti miqyasın əsasına (2 sm-ə) uyğun gələn məsafənin 1,2,3 və s. misli yazılmışdır. Xətti miqyasın dəqiqliyi olan ən kiçik bölgüsünə bərabərdir.

1:5000

1 santimetrdə 50 m

Ədədi miqyasdan fərqli olaraq xətti miqyasa əsasən məsafəni kiçiltmək və ya onun həqiqi uzunluğunu tapmaq üçün vurma və bölmə əməliyyatına ehtiyac qalmır.

Eninə miqyas-ədədi və xətti miqyasın birgə ifadəsi olub, dəqiq ölçü işləri aparmağa imkan verən nomoqramdır. Eninə miqyas qurmaq üçün uzunluğu 10-12 sm olan bir xətt (məsələn, AB) götürülür və 2 sm-dən bir bərabər hissələrə bölünür. Bölgü nöqtələrindən uzunluğu 2,5 sm olan perpendikulyarlar qaldırılır. Kənar perpendikulyarlar AC və BD on bərabər hissəyə bölünür və qarşı –qarşıya uyğun bölgülər AB xəttinə paralel olan düz xətlərlə birləşdirilir.

Soldan birinci bölgünün alt və üst oturacağı (AO və Cb) on bərabər hissəyə bölünür. Yuxarıdan birinci bölgü aşağıdakı O bölgüsü ilə birləşdirilir. Sonra digər bölgü nöqtələrindən b1O xəttinə paralel maili (trans ersal) xətlər çəkilir.

Normal göz 0,1 mm-dən kiçik olan bölgüləri görmür. Ona görə də miqyasın əsasında götürülmüş 0,1 mm-ə üzərində uyğun gələn məsafəyə miqyasın həddi dəqiqliyi deyilir.

Plan və xəritənin 0,1 mm-nə miqyasdan asılı olaraq, yer üzərində müxtəlif məsafələr gəlir.

Sahə miqyası ədədi miqyasın kvadratına bərabərbir. Daha doğrusu, xəritə üzərində götürülmüş sahənin yer üzərindəki uyğun sahəsinin üfüqi proyeksiyasına olan nisbətinə sahə miqyası deyilir.

Topoqrafik xəritə vərəqlərinin, planşetlərin

bölgüsü və nomenklaturası.

Geniş ərazilərin topoqrafik xəritəsi irimiqyaslı olduğu üçün bir neçə min vərəqdə tərtib olunur. Məsələn, qərbdən şərqə 540 km, şimaldan cənuba 400 km uzanan uzanan Azərbaycan ərazisinin 1:10000 miqyaslı xəritəsini tərtib etmək üçün 54 x40 m olan kağız vərəqi lazımdır. Belə böyük ölçüdə vərəq istehsalı və ondan istifadə qeyri-mümkün olduğu üçün topoqrafik xəritələr ayrı-ayrı vərəqələr şəklində tərtib olunur. Hər bir vərəq meridian və paralellərlə haşiyələnən standart əraziləri (trapesiyaları) əhatə edir. Belə vərəqələri yan-yana düzmək və tez tapmaq üçün onların nömrələnməsi xüsusi əhəmiyyətə malikdir.

1:1000000 miqyaslı xəritə tərtib etmək üçün Yer səthi 40-dən bir çəkilmiş paralellərlə sıralara və 60-dən bir çəkilmiş meridianlarla sütunları bölünür. Sıralar ekvatordan qütblərə tərəf latın əlifbasının baş hərfləri ilə, sütunlar isə 1800 meridiandan başlayaravq şərqə doğru 1-dən 60-a qədər ərəb rəqəmləri ilə nömrələnir. Beləliklə, 1800 meridiandan şərqdə 1-ci, qərbdə isə 60-cı, Qrinviç meridianından şərqdə 31-ci, qərbdə isə 30-cu sütun yerləşir. 156-cı şəkildə görünür ki, sıra və sütunlar kəsişərək ölçüsü 40x60 olan trapesiyalar əmələ gətirir. Trapesiyalar sıra və sütunların kəsişməsindən əmələ gəldiyi üçün onların Adı da (nomenklaturası da) sıra və sütunların işarəsindən əmələ gəlir. Məsələn, 156-ci şəkildə göstərilən trapesiyanın nomenklaturası K-40-dir.

Bütün dünya dövlətləri tərəfindən ölçüsü olan trapesiyaların hər birini 1:1000000 miqyaslı xəritənin hər vərəqində təsvir etmək qərara alınmışdır. Ona görə ölçüsü olan trapeslərə milyonluq trapesiya, həmin trapesiyaların (xəritə vərəqələrinin) nomenklaturasına isə beynəlxalq nomenklatura deyilir.

Geodeziya planalmasının mahiyyəti.

Planalma üç cür: üfüqi, şaquli və üfüqi-şaquli olur.

Üfüqi planalma zamanı obyektlərin üfüqi (plan koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur.

Şaquli planalma zamanı yer səthində olan A, B, C və D nöqtələrinin üfüqi vəziyyəti təyin olunur və müstəvi (kağız) üzərində a, b, c və d nöqtələri kimi təsvir olunur.

Şaquli planalma zamanı yer səthində olan A, B, C və D nöqtələrinin yüksəklikləri -Aa, Bb, Cc, və Dd ölçülür və kağız üzərində ərazinin ancaq relyefi təsvir olunur.

Üfüqi-şaquli planalmada isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfüqi-şaquli planalmaya topoqrafik planalma deyilir.

Planalmanın növləri.

Yuxarıda deyildiyi kimi, məqsəddən asılı olaraq planalma üç yerə, müşahidəçinin mövqeyindən asılı olaraq iki yerə bölünür: 1) yerüstü və 2) havadan.

Tətbiq olunan geodeziya alətlərinə görə yerüstü planalma aşağıfdakı növlərə ayrılır: teodolit, menzula, bussol, ekker, taxeometrik, GPS, nivelir və gözəyarı planalma. Dəqiqliyinə görə planalma üç yerə bölünür.

1. Yüksək dəqiqlikli planalma;

2. Dəqiq planalma;

3. Az dəqiqlikli planalma.

Yüksək dəqiqlikli planalma dəqiq geodeziya alətlərindən (teodolit, taxeometr, menzula, GPS, nivelir, aerofotoaparat), dəqiq planalma sadə geodeziya alətlərindən (bussol, astrolyabiya, qaniometr, ekker və s.), az dəqiqliklə planalma isə sadə geodeziya alətlərindən istifadə etməklə, (əsasən, gözəyarı) yerinə yetirilir.

Üfüqi bucaqların ölçülməsinə və qurulmasına görə planalma iki cür olur: bucaq ölçməklə və bucaq qurmaqla planalma. Sadə planalma ümumidən xüsusiyə doğru aşağıdakı ardıcıllıqla yerinə yetirilir.

1.Əvvəl planalmanın dayaq nöqtələri (A, B, C, D, E) seçilir və yer üzərində bərkidilir. Sonra həmin dayaq nöqtələrində ölçmə işləri aparılır və onların koordinatları hesablanır. Bunun üçün planalmanın dayaq məntəqələri arasında qalan xətlərin uzunluğu (d1, d2, d3 və s.) meyl bucağı , həmin xətlərin əmələ gətirdiyi daxili bucaqlar ( və sairə) və birinci xəttin azimutu ölçülür;

2.Daxili bucaqlara və birinci xəttin azimutuna əsasən digər tərəflərin azimutu, meyl bucaqlarına əsasən digər tərəflərin azimutu, meyl bucaqlarına əsasən isə tərəflərin üfüqi proyeksiyaları hesablanır;

3.Tərəflərin azimutuna və proyeksiyalarına əsasən təpə nöqtələri (planalmanın dayaq nöqtələri) kağıza köçürülür;

4.Dayaq məntəqələrində və nöqtələrində durmaqla obyektlərin konturları və onların xarakter nöqtələri plana alınır.